BİOMÜXTƏLİFLİK NƏDİR? print

Biomüxtəliflik “bioloji” və “müxtəliflik” sözlərinin qısaldılmış formasından yaranmışdır. Biomüxtəliflik,Yer üzərində olan həyatın növ müxtəlifliyinin hamısına (bitkilər, heyvanlar, göbələklər və mikro-orqanizmlər) həmçinin, onların formalaşdırdığı icmalara və yaşadıqları yaşayış mühitlərinə aiddir.Bioloji Müxtəliflik haqqında Konvensiyanın 2-ci maddəsində biomüxtəlifliyin rəsmi tərifi verilir: “bioloji müxtəliflik bütün mənbələrdə əmələ gələn canlı orqanizmlərin rəngarəngliyi, o cümlədən onların bir hissəsi olduqları yerüstü, dəniz və digər ekosistemlər və ekoloji komplekslər və s. deməkdir; bu məfhum növ çərçivəsində, növlər arasında müxt