Cins: Berberis - Zirinc print

Fəsilədə ən iri cins olub, Avroasiyanın mülayim iqlimli rayonlarında, Amerikada və Şimali Afrikada yayılan 120-dən çox növü vardır. Azərbaycanın əksər rayonlarında 7 növü arandan yuxarı dağ qurşağınadək meşənin açıq yerlərində, kolluqlarda, çay kənarlarında, quraq yamaclarda yayılmışdır. Fəsilənin digər cinslərindən qaidəsində 1-3 tikancığı olan yarpaqlı kol bitkisi olması ilə fərqlənir. Meyvələri yeyilir, kökündən və qabığından sarı-qəhvəyi rəng alınır. Balverən və dekorativ bitki kimi çox qiymətlidir.