Cins: Glaucium - Buynuzlalə print

Aralıq dənizi, Asiya və Qafqaz regionlarında 20 növü yayılmışdır. Azərbaycanda 3 növə rast gəlinir. Azərbaycanın əksər rayonlarında orta dağ qurşağınadək quraq, daşlı və gilli yamaclarda və əkinlərdə rast gəlinir. Meyvəsinin yalançı arakəsməsi olan buynuzcuğabənzər qutucuq və çiçəyin əsasən, sarı, bəzən qırmızı olması ilə fərqlənir.