Cins: Hypecoum - Dəlitərə print

Aralıq dənizi və Asiya ölkələrində 15 növü yayılmışdır. Azərbaycanda orta dağ qurşağınadək, əsasən, quraq yamaclarda, əkinlərdə və dincə qoyulmuş torpaq sahələrində yayılan 2 növü vardır. Onlar respublikanın əksər rayonlarında (Böyük Qafqazda az rast gəlir) yayılmışlar. Birillik bitkilərdir. Yarpaqları iki və ya üçqat lələkvari bölümlü, erkəkcikləri 4 ədəd, dişiciyi 1 yuvalıdır. Meyvəsi buynuz meyvəyəbənzər qutucuqdur. Əsasən, çiçəyin solğun sarı rəngi və gövdəsində süd şirəsinin olmaması ilə fərqlənir.