Cins: Roemeria - Laləvər print

Aralıq dənizi, Asiya və Qafqaz regionlarında 9 növü yayılmışdır. Azərbaycanda əksər rayonlarda orta dağ qurşağınadək quraq  yamaclarda, gilli torpaqlarda və əkinlərdə 3 növə rast gəlinir. Onlar bir-birindən ləçəklərinin rəngi və forması ilə asanlıqla seçilir. Cinsin növlərində sarı rəngdə süd şirəsinin olması və 4 ədəd qırmızı yaxud bənövşəyi rəngdə ləçəklərin olması səciyyəvidir.