Cins: Portulaca - Pərpərən print

Amerikanın isti iqlimli ölkələrində 20 növü yayılmışdır. Azərbaycanda 2 növə rast gəlinir. Ondan da biri kulturadadır, dekorativ bağçılıqda geniş istifadə olunur (P. grandiflora).

Yabanı növünə Azərbaycanın əksər aran və dağətəyi rayonlarında, alaq kimi bağ və çöllərdə rast gəlinir. Əlvan sarı rəngli çiçəkləri ilə seçilən birillik bitkidir. Zəngin “C” vitamininə malikdir, bəzən çiy və qızardılmış halda yeyilir.