Fəsilə: Cupressaceae - Sərvkimilər print

Əsasən, Şimal yarımkürəsində yayılmış 20 cins üzrə 145-ə qədər növü əhatə edir. Həmişəyaşıl kol və ya alçaqboylu ağac bitkiləridir. Yarpaqları iynə və ya pulcuqşəkillidir. Toxumları yetişəndə növündən asılı olaraq qozaları ağaclaşır (sərv) və ya ətləşir (ardıc). Azərbaycanda yabanı halda bu fəsiləyə ardıc cinsi (Juniperus) daxildir.

İstifadə olunmuş ədəbiyyat siyahısı:

1. Aydın Əsgərov. Azərbaycanın bitki aləmi. Bakı: TEAS Press, 2016. - 444 s.