Növ: Chelidonium majus print

Bu növə meşələrdə, əkinlərdə, alaq bitkiləri arasında rast gəlinir. Çoxillik, gövdəsinin yuxarısında budaqlanan bitkidir. Ləçəkləri sarı rənglidir, erkəkcikləri çox, meyvəsi qutucuqdur.

Ziyilotu südşirəli bitkidir. Südşirəsi narıncı və ya sarı rənglidir, tərkibində alkaloidlər vardır, zəhərlidir. Xalq təbabətində çox qədim zamanlardan ziyilin müalicəsi üçün işlədilir. Bitkidə A və C vitaminlərinin də olması qeyd edilir.