Fəsilə: Hyacinthaceae - Sünbülçiçəklilər print

Azərbaycanda yabanı bitki örtüyündə 5 cinsin növlərinə rast gəlinir. Hiyasint cinsinin (Hyacinthus) 1 növü (H. orientahs) Azərbaycanda geniş becərilir. Bəzən yabanılaşmış halda rast gəlinir. Fəsilə daxilində cinslərin ayrılmasında çiçəkyanlığı yarpaqlarının rəngi, onların əmələ gətirdiyi borunun ölçüləri, erkəkciyin çiçəkyanlığı yarpaqlarına birləşmə xüsusiyyəti əsas götürülür.

İstifadə olunmuş ədəbiyyat siyahısı:

1. Aydın Əsgərov. Azərbaycanın bitki aləmi. Bakı: TEAS Press, 2016. - 444 s.