Fəsilə: Amarillidaceae - Nərgizçiçəklilər print

Aralıq dənizi, Cənubi Afrika, Mərkəzi Amerika və Avstraliyanın quru və isti iqlimi olan rayonlarında yayılmış 1000-ə qədər növü vardır. Respublikamızda təbii halda 3 cinsə aid 6 növünə rast gəlinir. Bəzi cinslərinin növləri otaq şəraitində və ya açıq havada dekorativ bitki kimi becərilir (məsələn, nərgizçiçəyi, amarillis və b.). Soğanaqlı bitkilərdir. Çiçəkləri 3 üzvlü olub, müntəzəm yaxud zəif qeyri-müntəzəm quruluşludur. Çiçəkyanlıqları tacvaridir. Erkəkciyi 6, yumurtalığı altdır. Meyvəsi qutucuqdur.

İstifadə olunmuş ədəbiyyat siyahısı:

1. Aydın Əsgərov. Azərbaycanın bitki aləmi. Bakı: TEAS Press, 2016. - 444 s.