Növ: Matteuccia struthiopteris print

Yarpaqları dəvəquşunun lələyinə oxşadığı üçün bitkiyə bu ad verilmişdir. Dimorf bitkidir. Sporlu və sporsuz yarpaqları bir-birindən aydın seçilir. Böyük Qafqaz, Talış və Alazan-Əyriçay vadisində iri, hündür cəngəlliklər əmələ gətirir. Xüsusən, sucaq, bataqlıqlaşmış yerlərdə geniş yayılmışdır. Arandan 1800 m-dək hündürlükdə müxtəlif meşə fitosenozları tərkibində rast gəlinir. Dekorativ və dərman bitkisidir. Antiseptik, epilepsiyaya qarşı, spazma aradan qaldıran, həmçinin qoturluq və yanıq hallarına qarşı müalicəvi əhəmiyyətə malikdir.