Fəsilə: Primulaceae - Novruzçiçəyikimilər print
- Hüceyrəli formalar
- Üst aləm: Eucaryota
- Aləm: Plantae
- Alt aləm: Embryophyta
- Şöbə: Angiospermae və ya Magnoliophyta
- Sinif: Dicotyledoneae
- Fəsilə: Primulaceae
Dünyanın hər yerində, xüsusən Şimal yarımkürəsinin mülayim və soyuq iqlimli ölkələrində 30 cins üzrə 1000-dən çox növü yayılmışdır. Azərbaycanda 8 cinsin növlərinə rast gəlinir. Kökümsovlu çoxillik ot bitkiləridir. Cinslər bir-birindən qutucuq meyvəsinin, ləçəyin və yumurtalığın əlamətləri ilə fərqləndirilir.
- Cins: Anagallis - Anaqallis
- Cins: Asterolinon - Asterolinum
- Cins: Androsace - Dəlikçiçək
- Cins: Glaux - Qaranquşotu
- Cins: Lysimachia - Qoyunboğan
- Cins: Cyclamen - Meşənovruzu
- Cins: Primula - Novruzçiçəyi
- Cins: Samolus - Samolyus
İstifadə olunmuş ədəbiyyat siyahısı:
1. Aydın Əsgərov. Azərbaycanın bitki aləmi. Bakı: TEAS Press, 2016. - 444 s.