Fəsilə: Capparaceae - Küvərçiçəklilər print

Dünyanın tropik və subtropik ölkələrində yayılan 37 cins üzrə 400-dən çox növü əhatə edir. Azərbaycanda 2 cinsi var. Çiçəkləri ikicinslidir, müntəzəm və ya bəzi növlərdə qeyri-müntəzəmdir. Çiçəkyanlığı, adətən, ikiqat olub, dairəvi yerləşir. Erkəkcikləri sərbəst, gineseyi parakarp, yumurtalığı üstdür. Əksər nümayəndələrində mirozin fermenti və qlükozid daşıyan hüceyrələrin olması səciyyəvidir.

İstifadə olunmuş ədəbiyyat siyahısı:

1. Aydın Əsgərov. Azərbaycanın bitki aləmi. Bakı: TEAS Press, 2016. - 444 s.