Cins: Psylliostachys - Bağayarpaqçiçək print

Orta Asiya, İran, Suriya, Əfqanıstan və Qafqazda 7-8 növü yayılmışdır. Azərbaycanda 1 növə rast gəlinir. Bu növ respublikanın aran, dağətəyi, aşağı dağ qurşağında (çox az hallarda orta dağ qurşağında) yerləşən əksər rayonlarda, yarımsəhra bitkiliyində, şoran gilli-qumlu torpaqlarda yayılmışdır. Birillik, alçaqboylu bitkidir. Yarpaqları kökətrafında yerləşir, xarici görünüşcə bağayarpağını xatırladır. Dekorativ, boya bitkisidir.