Cins: Acantholimon - Tıs-tıs print

Avroasiyada, Yunanıstandan Orta Asiyaya qədər ərazilərdə 150-dən çox növü yayılmışdır.  Azərbaycanın əksər rayonlarında 17 növə rast gəlinir. Ən çox quraq iqlimli regionlarda, daşlı-qayalı yerlərdə, yarımsəhra bitkiliyi içərisində, quraq yamaclarda yayılmışlar. Növlərin yarıdan çoxuna Naxçıvan və Zuvandda təsadüf olunur. Onlar üçün səciyyəvi əlamətlər – yastıq formalı görünüşə malik olması, çiçəkləmənin çox intensiv olmasıdır. Çiçəkləri çox əlvan, parlaq, qırmızımtıl, çəhrayı, ağ rənglərdə olduğundan olduqca dekorativ görünüşə malikdir. Xüsusən, daşlı-qayalı kompozisiyaların yaşıllaşdırılmasında istifadə olunur. Azərbaycandan (Naxçıvan, Gəncə, Zuvand, Şamaxı) təsvir olunan növləri vardır.