Cins: Platanus - Çinar print

Asiya və Şimali Amerikada 11 növü yayılmışdır. Azərbaycanda təbii halda 1 və əkin halında 1 növə rast gəlinir. Təbii çinarlıq Azərbaycanın Zəngilan rayonunda Bəsitçay vadisində yayılmışdır və mühafizə olunur. Hündür boylu, Azərbaycanda geniş yayılan, uzunömürlü (1-3 min il) ağacdır. Oduncağı qiymətlidir, ən çox istifadə olunan dekorativ bitkidir.