Fəsilə: Onagraceae - Onaqrakimilər print

Fəsilə 25 cinsə aid 700-dən çox növü əhatə edir. Əksər növləri Şimali Amerika və Meksikada yayılıb. Bəzi növlərinə isə dünyanın hər yerində və ya tropiklərdə rast gəlinir. Fəsilə daxilində iri cinslər Epilobium (200 növ), bağçılıqda dekorativ bitki kimi geniş yayılan Oenothera (120 növ), Fuchsia (100 növ), Clarkia (36 növ) və s.dir. Bəzi cinslərin növləri təbiətdə və təcrübə şəraitində asanlıqla hibridləşirlər. Çiçəkləri ikicinsli olub, alt yumurtalığa malikdir. Meyvəsi qutucuqdur. Əsasən, ot bitkiləridirlər. Azərbaycanda 4 cinsi var.

İstifadə olunmuş ədəbiyyat siyahısı:

1. Aydın Əsgərov. Azərbaycanın bitki aləmi. Bakı: TEAS Press, 2016. - 444 s.