Cins: Vaccinium - Qaragilə və ya mərcangilə print

Şimal yarımkürənin mülayim və soyuq ölkələrində, Cənubi Afrikada və Madaqaskarda yayılan 350 növündən Azərbaycanda 2 növünə rast gəlinir. Onlar Böyük və Kiçik Qafqaz və Lənkəran dağlıq rayonlarında, meşə və çəmənliklərdə, əsasən, subalp və alp qurşaqlarda, meşənin tala yerlərində bitir, cəngəllik əmələ gətirir. Fəsilə daxilində digər cinsdən yarpaq və çiçəyinin xırda olması, meyvəsinin giləmeyvə olması və alt yumurtalığa malik olması ilə fərqlənir. Azərbaycan növləri həmişəyaşıl və yarpağını tökəndir. Meyvələri əlvan qırmızı, qara rəngli kol bitkiləridir. Dekorativ, texniki, bal verən bitkilərdir.