Cins: Anagallis - Anaqallis print

Dünyanın əksər ölkələrində 24 növü yayılmışdır. Azərbaycanda 2 növə rast gəlinir. Onlar respublikanın əksər rayonlarında, arandan orta dağ qurşağınadək əkin yerlərində, gölməçələrdə, bostan və bağlarda, zibilli yerlərdə yayılmışlar. Növləri bir-birindən tacın rənginə və çiçək saplağının əlamətlərinə görə fərqləndirilir. Dərman bitkisidir, zəhərlidir.