Cins: Lysimachia - Qoyunboğan print

Hər iki yarımkürədə 60 növü yayılmışdır. Azərbaycanda 3 növə rast gəlinir. Onlara respublikanın əksər rayonlarında, yuxarı dağ qurşağınadək, meşə və kolluqlarda, sucaq yerlərdə, çay kənarlarında, bəzən zibilli yerlərdə təsadüf olunurlar. Üzəri vəzli tükcüklərlə örtülüdür, zəngşəkilli tacı 5 bölümlüdür. Çoxillik ot bitkiləridir. Növləri bir-birindən tacın rəngi, çiçək qrupu və yarpaqlarının əlamətləri ilə fərqlənir. Dərman və boya əhəmiyyəti vardır.