Cins: Primula - Novruzçiçəyi print

Dünyada 60 növü yayılmışdır. Azərbaycanda 9 növü vardır. Onlara respublikanın əksər rayonlarında orta dağ qurşağından alp qurşağınadək dağ meşələrində, kolların arasında, subalp və alp çəmənliklərində, rütubətli yerlərdə rast gəlinir. Yuliya novruzçiçəyi ehtiyatı azalan növ kimi “Qırmızı kitab”a daxil edilib. Kökətrafı yarpaqlara malik çoxillik ot bitkiləridir.Çiçəkləri başcıq tipli çiçək qruplarına yığılır. Erkəkcikləri 5 ədəd, dişiciyi 1 ədəd, meyvəsi qutucuq tiplidir. Qiymətli dərman, dekorativ, efir yağlı və vitaminli bitkilərdir.