Cins: Samolus - Samolyus print

Cənub yarımkürəsinin dənizsahili regionlarında və Şimali Amerikada 16 növü var. Azərbaycanda 1 növü məlumdur. Ona Böyük Qafqaz, Lənkəranvə Alazan-Əyriçay vadisində, aran və dağətəyi zonalarda çay sahillərində, sucaq çəmənliklərdə, bataqlıq və zəif şorlaşmış yerlərdə rast gəlinir.

Çiçəkləri xırda, kasayarpaqları zəngşəkilli, meyvəsi qutucuq formasındadır. Çoxillik ot bitkisidir. Cavan yarpaqları yeməlidir.