Cins: Bryonia - Küstüşam və ya brioniya print
- Hüceyrəli formalar
- Üst aləm: Eucaryota
- Aləm: Plantae
- Alt aləm: Embryophyta
- Şöbə: Angiospermae və ya Magnoliophyta
- Sinif: Dicotyledoneae
- Fəsilə: Cucurbitaceae
- Cins: Bryonia
Avroasiyada 8 növü yayılmışdır. Azərbaycanda – Qafqaz regionunda, Naxçıvan və Talışda arandan orta dağ qurşağınadək yol kənarlarında, əkinlərdə kolluqlarda təsadüf olunan 2 növü var. Çoxillik, sadə bığcıqlı, gövdələri uzun, kökü qalınlaşmış bitkilərdir. Növləri bir-birindən meyvələrinin rəngi (ağ brioniya növündə qırmızı, digərində isə qırmızı yaxud sarı rənglidir) və bir yaxud ikievli olmaları ilə fərqlənir. Zəhərli bitkilərdir. Xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur.
- Növ: Bryonia aspera