Cins: Rosularia - Çətircik print

Ön və Orta Asiya, Qafqazda yayılan 10-12 növündən Azərbaycanda 4 növə rast gəlinir. Onlara, əsasən, Kiçik Qafqazın Cənub hissəsi, Naxçıvan və Talışın dağlıq ərazilərində rast gəlinir. Yuxarı dağ qurşağınadək daşlı-qayalı, çox vaxt əhənglə zəngin qayaların üzərində yayılmışdır. Elimani çətirciyi və İran çətirciyi seyrək yayılma sahələrinə malik olub, Naxçıvan dağlarından məlumdurlar. İki və çoxillik otlardır. Cins daxilində növləri təyin etmək üçün istifadə olunan əlamətlər çiçək zoğunun, tacın və meyvələrinin rəngi, formasıdır. Dekorativ bitkilərdir.