Cins: Sempervivum - Qayaotu print

Avropa və Qafqazda yayılan 25 növündən Azərbaycanda 3-4 növü var. Onlara respublikanın əksər rayonlarında, orta dağ qurşağından yüksək dağlıq ərazilərədək daşlı-qayalı yerlərdə rast gəlinir. Kiçik qayaotu qismən az yaylıb. Cins daxilində növləri ləçəklərin rəngi, yarpağın və çiçək qrupunun əlamətləri ilə fərqləndirilər. Dekorativ və dərman bitkiləridir, cavan zoğları yeyilir.