Fəsilə: Balsaminaceae - Balzaminkimilər print
- Hüceyrəli formalar
- Üst aləm: Eucaryota
- Aləm: Plantae
- Alt aləm: Embryophyta
- Şöbə: Angiospermae və ya Magnoliophyta
- Sinif: Dicotyledoneae
- Fəsilə: Balsaminaceae
Əsasən, tropik Asiya və Afrikada, az miqdarda isə Avroasiya, Afrika və Şimali Amerikanın mülayim iqlimli ölkələrində yayılan 4 cins üzrə 600-dən çox növü var. Bu cinslərdən İmpatienella Madaqaskar üçün endemdir. Azərbaycanda 1 cinsinə rast gəlinir. Birillik ot bitkiləridir. Çiçəkləri ikicinsli və ziqomorfdur. Kasayarpaqları 4-5 ədəd olub, tacvari, mahmızlıdır. Ləçəkləri 5, erkəkcikləri 5, yumurtalıq üstdür. Meyvəsi qutucuqdur. Meyvə yetişəndə arakəsmələri açılır və toxumu ətrafa atılır.
- Cins: Impatiens - Balzamin
İstifadə olunmuş ədəbiyyat siyahısı:
1. Aydın Əsgərov. Azərbaycanın bitki aləmi. Bakı: TEAS Press, 2016. - 444 s.