Cins: Saxifraga - Daşdələn print

Şimal yarımkürənin mülayim iqlimli ölkələrində və Qafqazda yayılan 30-a yaxın növündən Azərbaycanda 14 növünə rast gəlinir. Onlar arandan alp qurşağınadək müxtəlif bitmə şəraitlərində, xüsusən daşlı qayalı yerlərdə, qaya çatlarında və alp çəmənliklərində yayılmışlar. Bir və çoxillik alçaq boylu bitkilərdir. Yarpağın əlamətləri, ləçəklərdə damarların sayı, bitkinin çim əmələ gətirmə xüsusiyyətləri cins daxilində növlərin təyinində istifadə olunan nişanələrdir. Dekorativ bitkilərdir.