Cins: Hydrangea - Hortenziya və ya yapon gülü + print

Şərqi Asiyada, Şimali və Cənubi Amerikada yayılan 35 növü vardır. Azərbaycanda 4 növü becərilir (çox vaxt istixana şəraitində). Lənkəran, Zaqatala, Quba, Xaçmaz və b. rayonlarda yaşıllaşdırmada istifadə olunur. Hündürlüyü1-3 m olankol bitkisidir. Sadə yarpaqları növbəli düzülür, çiçəkləri ağ, göy və açıq narıncı rənglidir. Meyvəsi qutucuq olan çox qiymətli bəzək bitkisidir.