Cins: Tilia - Cökə print

Şimal yarımkürəsinin mülayim iqlimli ölkələrində və Qafqazda yayılan 45 növündən Azərbaycanda 4 növünə rast gəlinir. Onlar Qafqaz və Talış meşələrində yuxarı dağ qurşağınadək, qarışıq enliyarpaq meşələrdə, meşəli dərələrdə, çay vadulərində yayılır, bəzən təmiz cökəlik əmələ gətirir. İri (bəzən 30-35 m) ağaclardır. Yarpaqları növbəli yerləşir, qaidəsi ürəkvaridir. Çiçəkləri çətirəbənzər çiçəkqrupuna yığılır, ikicinslidir, müntəzəmdir. Təzə yarpaqları 5, ləçəkləri ağ rənglidir, 5-dir. Erkəkcikləri 15-80, 5 topada yerləşən, dişiciyi 5 meyvə yarpağının birləşməsindən əmələ gələn, yumurtalığı üstdür. Cins daxilində növləri əsasən yarpağın və meyvəsinin əlamətləri ilə seçilir. Oduncağı çox qiymətlidir, cökə balı qiymətlidir. Çiçəkləri soyuqdəyməyə qarşı istifadə olunur. Cökənin növləri efir yağlı, vitaminli, texniki, dekorativ bitkilərdir. Yaşıllaşdırmada geniş istifadə olunur.