Cins: Hibiscus - Hibiskus print

Dünyanın subtropik və tropik vilayətlərində yayılan 250-dən çox növü var. Ağac, kol və ot bitkiləridir. Azərbaycanda məlum 5 növündən 4-ü otaqlarda dekorativ bitki kimi geniş becərilir və bəzi yerlərdə tədricən yabanılaşır. Vətəni Cənub-Şərqi Asiya olan Çin qızılgülü kimi tanınan (H.rosa-sinensis) hibiskus da Azərbaycanda dekorativ bitki kimi otaq şəraitində geniş becərilir (qələmlə də yaxşı çoxalır). Respublikada geniş becərilən cinsin üçüncü növü kənaf hibiskusu (Hibiscus cannabinus) adlanır və qeyd edilən 2 növdən fərqli olaraq çoxillik ot bitkisidir. Becərilən növlər bəzən 3-4 metr hündürlüyə çatan, kasaaltlıqlı, əlvan taca malik bitkilərdir. Yüksək keyfiyyətli dekorativ, həmçinin dərman, qida, lif verən və texniki əhəmiyyətli bitkilərdir. Azərbaycanda cinsin yabanı halda yalnız 1 növünə rast gəlinir.