Cins: Abutilon - Kəndirotu print

Dünyanın subtropik və tropik iqlimli ölkələrində və rayonlarında, çayların ətrafında, dəniz kənarı qumsal torpaqlarda, alaq bitkisi kimi əkinlərdə təsadüf olunur. Fəsilənin digər cinslərindən fərqli olaraq kəndirotunda kasaaltlıqları yoxdur. Meyvəsi 10-15 meyvəcikdən ibarətdir. Meyvəciklər uzunsov, 1 yuvalı, 3-9 toxumlu, üzəri tükcüklərlə örtülü, 2 qapaqla açılandır. Kəndirotu bitkisindən kəndir, ip, torba və s. toxumaq üçün kobud liflər alınır. Bu məqsədlə bəzi ölkələrdə (məsələn, Çində)becərilir.