Fəsilə: Araliaceae - Daşsarmaşığıkimilər print

Dünyanın tropik və subtropik ölkələrində, az sayda isə mülayim qurşaqda 80-85 cins üzrə 800-850 növü var. Azərbaycanda 1 cinsin növlərinə rast gəlinir. Araliya (Aralia) cinsinin bir növü (Mancuriya araliyası) Abşeronda dekorativ bitki kimi becərilir. Aralia fəsiləsinə aid edilən bitkilərdən Jenşen (Panax ginseng) Şimali Çin, Koreya və Uzaq Şərq meşələrində yayılan çoxillik ot bitkisidir. Jenşen bitkisinin kökləri tibbdə istifadə etmək üçün fizioloji fəal maddələr alınır. 

  • Cins: Hedera - Daş sarmaşığı

İstifadə olunmuş ədəbiyyat siyahısı:

1. Aydın Əsgərov. Azərbaycanın bitki aləmi. Bakı: TEAS Press, 2016. - 444 s.