Cins: Urtica - Gicitkan print

Dünyanın əksər ölkələrində xüsusən mülayim qurşaqda yayılan 30 növündən Azərbaycanda 3 növü yayılıb. Onlardan biri (U. Pilulifera) yalnız Kiçik Qafqazın Cənubundan (Xudafərin körpüsü) , alaq bitkiləriarasında yayılıb. Digər iki növləri respublikada geniş areala malikdir. Arandan orta dağ qurşağınadək, bağ və bostanlarda, yaşayış binaları yaxınlığında, çəpərlərdə, meşənin tala yerlərində, kolluqlarda rast gəlir.

Yarpağı və gövdəsi dalayıcı tükcüklərlə örtülü olur. Cavan zoğları yeyilir, həmçinin vitaminli, dərman və boya verən bitkilərdir. Parfümeriya və texniki bitki kim də istifadə olunur.