Növ: Humulus lupulus - Adi xamırmaya print

Bu növə respublikanın əksər rayonlarında arandan orta dağ qurşağınadək kolluqlarda, çay sahillərində, meşənin açıq yerlərində təsadüf olunur. Çoxillik, kökümsovlu, sarmaşan gövdəli, bircinsli, ikievli bitkidir. Divar və oturacaq sahələrində dekorativ bitki kimi becərilir. Həmçinin dərman və texniki əhəmiyyəti vardır.