Növ: Peplis hyrcanica print

Bu növ Azərbaycan endemi hesab edilir və Lənkərandan təsvir olunub. Sucaq yerlərdə bitir. Gövdəsi dördkünc, çılpaq, hündürlüyü 5-15 sm olan birillik bitkidir. Yarpaqları qarşılıqlı düzülür, çiçəkləri tək-tək yerləşir. Cins fəsilə daxilində kasayarpağı və çiçəyin əlamətləri ilə seçilir.