Fəsilə: Asclepiadaceae - Quduzotukimilər print

Dünyanın əsasən tropik ölkələrində yayılan 250 cins üzrə 2000-dən artıq növü vardır. Dırmaşan və sarmaşan kol yaxud çoxillik ot bitkiləridir. Yarpaqları qarşılıqlı düzülmüşdür. Çiçəkləri müntəzəm, ikicinsli, kasacığı 5 bölümlüdür. Tacı zəng yaxud təkərşəkillidir. Yumurtalığı 2, erkəkciyi 5 ədəddir. Meyvəsi çoxtoxumlu yarpaq meyvədir. Azərbaycanda 3 cinsin növlərinə rast gəlinir.

İstifadə olunmuş ədəbiyyat siyahısı:

1. Aydın Əsgərov. Azərbaycanın bitki aləmi. Bakı: TEAS Press, 2016. - 444 s.