Növ: Tropaeolum majus print

Çiçəkləri ikicinslidir, ziqomorfdur. Kasayarpaqları 5, ləçəkləri 5, erkəkcikləri 8 ədəddir. Dişiciyin sütuncuğu 1, yuxarısında üçbölümlü, yumurtalığı 3 bölümlüdür. Meyvəsi 3 toxumlu fındıqcadır. Azərbaycanda becərilən iri herikgülü növü birillik, çılpaq, gövdəsi ətlidir. Ləçəkləri əlvan-çəhrayı, hündürlüyü 50 sm-dək olan birillik ot bitkisidir.