Cins: Dictamnus - Alışan və ya dəndəgülü print

Keçmiş SSRİ-də, Orta Asiya, Sibir, Uzaq Şərq regionlarında və Qafqazda 6 növü var. Azərbaycanda 1 növü məlumdur. Çoxillik ot bitkiləridir. Lələkvari yarpağı, kasayarpağının və ləçəklərin 5 saylı, erkəkciyin 10 ədəd və meyvəsinin qutucuq olması cinsi səciyyələndirən əlamətlərdir.