Cins: Ailanthus - Aylant və ya Çin göyrüşü print

Şərqi və Cənubi-şərqi Asiya ölkələrində və Avstraliyada 15 növü var. Vətəni Çin hesab edilir. Azərbaycanda aran və dağətəyi (800 m-dək) rayonlarda, yol kənarlarında, boş torpaqlarda yabanılaşmış halda yayılıb. Yarpaqları lələkvari, 9-11 yarpaqcıqdan ibarət olub, 12-20 m hündürlüyündə ağacdır. Gövdəsinin qabığı boz və hamardır. Çiçəkləri xırda, ikicinsli, xoşagəlməz iylidir. Kasayarpağı 5, ləçəkləri 5-6, erkəkcikləri 10, yumurtalığı 5 meyvə yarpağından əmələ gəlir. Meyvələri qanadlıdır. Torpağa az tələbkar və istiyə, qaza, tüstüyə dözümlü bitki kimi yaşıllıqların salınmasında istifadə olunur. Aşı maddəli, texniki, tibbi əhəmiyyətli bitkidir, oduncağı da faydalıdır.