Cins: Pistacia - Saqqız ağacı print

Dünyanın tropik və subtropik iqlim qurşaqlarında yayılan 20 növündən Azərbaycanda 1 növə təbii halda, 1 növə isə mədəni halda rast gəlinir. Bu növlər bir-birindən yarpaqcıqların və çəyirdəyin forması ilə seçilir. Pistacia cinsi fəsilənin digər cinslərindən ləçəklərinin olmaması, ləpəsinin isə ətli və qalın olması ilə fərqlənir. Qida, texniki və tibbi əhəmiyyəti var.