Cins: Impatiens - Balzamin print

Cinsin 550 növü var. Azərbaycanda yabanı halda 1 və kulturada 2 növünə rast gəlinir. Böyük və Kiçik Qafqazda yuxarı dağ qurşağınadək sıx meşələrdə, rütubətli yerlərdə yayılıb. Hündürlüyü 40-100 sm-dir. Narıncı-sarı rəngli çiçəkləri salxım tipli çiçək qrupunda toplanmışdır. Birillik ot bitkisidir. Dekorativ, boya və dərman əhəmiyyətli bitkidir. Əsl balzamin növü respublikanın bəzi rayonlarında, eləcə də Naxçıvanda bəzək bitkisi kimi becərilir.