Növ: Tribulus terrestris print

Bu növ respublikanın əksər aran və dağətəyi rayonlarında, quraq, alaqlı yerlərdə, yol kənarlarında, sahil qumluqlarında, əkinlərdə, bağ və bostanlarda geniş yayılıb. Birillik, gövdəsi torpağa sərilən bitkidir. Ləçəkləri 5 ədəd, sarı rəngli, erkəkcikləri 10 ədəddir. Çoxsaylı formaları var. Zərərli alaq bitkisidir, həmçinin zəhərlidir.