Növ: Peganum harmala - Adi üzərrik print

Respublikanın əksər aran və dağətəyi rayonlarında quraq və zibilli yerlərdə yayılıb. Çiçəkləri müntəzəm, ləçəkləri ağ və ya açıq-sarı, erkəkcikləri 12-15 ədəddir. Qutucuq meyvəsi girdə, üst tərəfdən azca yastılaşandır. Kəskin xoşagəlməz iyi var. Elmi və xalq təbabətində istifadə olunur, boya və texniki bitki kimi də faydalıdır. Ehtiyatı çoxdur.

https://www.plantarium.ru/page/image/id/702797.html