Cins: Nitraria - Şorgilə print

Cinsin 10 növü var. Azərbaycanda aran və dağətəyi rayonlarında 2 növünə rast gəlinir. Şoran torpaqlı yarımsəhra tipli bitkiliklərdə, gilli yamaclarda yayılmışdır. Hündürlüyü 30-100 sm olan, budaqlanan kollardır. Budaqları tikanlıdır, qabığı ağ və ya boz rənglidir. Lətləşmiş, uzunsov yarpaqları dəstələrlə yerləşir. Qısa saplaqlı çiçəkləri budaqlanan qıvrım tipli çiçək qruplarına yığılmışdır. Ləçəkləri xırda olub, sarımtıl-yaşıl rəngli, meyvələri isə narıncı və ya qırmızı rənglidir. Meyvələri çəyirdəklidir, yeyilir. Növləri bir-birinə oxşardır. Əsas fərqləndirici əlamətləri yarpağın və çiçək qrupunun bəzi nişanələridir.