Növ: Ilex hyrcana - Hirkan şümşəsi print

Ilex hyrcana - Hirkan şümşəsi Azərbaycandan (Talışdan) təsvir olunmuşdur. İranda, Xəzərsahili ərazilərdə və Hirkan tipli meşələrdə kiçik sahələrdə kolluqlar əmələ gətirir. Həmişəyaşıl, alçaqboylu ağac və ya koldur. Yarpaqları dərivari, kənarı tikancıqlarla qurtaran dişciklidir. Ləçəkləri 2-5 saylı olub, ağımtıl rənglidir. Erkəkcikləri 4-5 ədəddir. Meyvəsi girdə, qırmızı rəngli, çəyirdəklidir. Dekorativ, balverən, oduncağı qiymətli bitkidir.