Cins: Zizyphus - İnnab + print

Hər iki yarımkürənin tropik və subtropik  iqlimli ölkələrində 50 növü yayılmışdır. Azərbaycanda quraq subtropik iqlimli rayonlarda 1 növü geniş becərilir, bəzən cırlaşır. Yabanılaşan daha 2 sahəsi Zəngilan üçün göstərilir (Hüseynov, 2005). Boyu 8 m-ə çatan, tikanlı ağac və ya koldur. Yarpaqları uzunsov, dərivaridir. Çiçəkləri xırda, ulduzşəkilli, ikicinsli, 5 üzvlü, kasacığı nəlbəkişəkillidir. Meyvəsi lətli çəyirdəkmeyvədir. Meyvəsi yeməlidir, şəkər, “C” vitamini ilə zəngindir. Təbabətdə boğaz, ağız xəstəliklərinin müalicəsində istifadə olunur. Aşı maddəli, dekorativ, oduncağı qiymətli bitkidir.