Cins: Frangula - Mürdəşər print

Subtropik iqlimli ölkələrdə yayılan 50 növü var. Azərbaycanda 2 növü məlumdur. Onlar əksər rayonlarda arandan yuxarı dağ qurşağınadək enliyarpaqlı meşələrin tərkibində, sucaq və bataqlıq yerlərdə, çay sahillərində yayılmışdır. Qızılağacvari mürdəşərdə meyvə qaramtıl, iriyarpaq mürdəşərdə isə tünd qırmızı rəngdə olur. Hündürlüyü 4-7 m olan ağac və kollardır.Çiçəkləri ikicinsli, sarımtıl rəngdə, meyvəsi çəyirdəkmeyvədir. Bitkinin qabığı bağırsaqyumşaldıcı dərman kimi istifadə olunur.Ggövdəsi xalq təbabətində qaraciyər, qoturluq və s. xəstəliklərin müalicəsində faydalıdır. Mürdəşər növləri həmçinin dekorativ, boya, aşılayıcı, balverən bitki hesab edilir.