Cins: Rhamnus - Murdarça print

Əsasən, Şərqi Asiyada yayılan 150 növü var. Azərbaycanda yabanı halda 4, kulturada isə 1 növü yayılıb. Yabanı növlərə respublikanın əksər rayonlarında, arandan subalp və alp qurşağadək, meşə və kolluqlarda quraq, daşlı, çınqıllı, gilli yamaclarda, qaya çatlarında rast gəlinir. Həmişəyaşıl murdarça növü aran və dağətəyi rayonlarda, bağ və parklarda, yaşıllaşdırma işlərində istifadə olunur. Alçaqboylu ağac və kollardır. Çiçəkləri ayrıcinslidir, 4-5 üzvlüdür. Meyvəsi 2-4 toxumlu çəyirdəkmeyvədir. Yarpağın forması, konsistensiyası, düzülüşü növləri səciyyələndirən əlamətlərdir. Dərman, boya, aşılayıcı əhəmiyyətə malikdir.