Cins: Elaeagnus - İydə print

Cənubi Avropada, Qərbi və Orta Asiyada və Şimali Amerikada yayılan 50 növü var. Azərbaycanda təbii halda 2, kulturada isə 2 növü məlumdur. Azərbaycanın əksər rayonlarında, arandan orta dağ qurşağınadək meşə və kolluqlarda, çay vadilərində, xüsusən, tuqay meşələri tərkibində yayılıb. Ağac və kollardır, üzəri ulduzvari tükcüklərlə örtülüdür. Erkəkciyi 4,dişiciyi (1), yumurtalığı üst vəziyyətdədir. Yarpağın və meyvəsinin formasına görə növləri asan fərqləndirmək olur. 2 növü respublikanın müxtəlif rayonlarında becərilir. Onlardan biri – şərq iydəsinə bəzən yabanılaşmış halda rast gəlinir. Meyvələri yeyilir, vitaminli, balverən, aşı maddəli, dərman bitkisi kimi qiymətlidir.