Növ: Cornus mas - Adi zoğal print

Qafqaz regionu, Samur-Dəvəçi, Alazan-Əyriçay və Bozqır yayla ərazilərində arandan orta dağ qurşağınadək meşə və kolluqlarda yayılmışdır. Boyu 6-8 m olan ağac və ya koldur. Çiçəkləmə yarpaqlamadan əvvəl baş verir. Çiçəkləri sarı, meyvəsi lətli, qırmızı və ya sarıdır. Zoğal qiymətli qida, vitaminli, aşı maddəli bitkidir. Tibbi əhəmiyyəti böyükdür.